Güzəştli kreditləşmənin həcmi ARTDI

2022-ci ilin yanvar-iyulunda sahibkarların 1589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun rəsmi saytı yazıb.
2021-ci ilə nisbətdə kreditləşmənin həcmi 53,1% və ya 22,8 milyon manat artıb. Verilən kreditlərin hesabına 1607 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ötən ilin həmin dövründə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42,9 milyon manat vəsait ayrılıb.
"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri rəsmi qaydada aidiyyəti sənədləri təqdim etməklə yalnız müvəkkil kredit təşkilatlarının baş ofisinə və ya filiallarına müraciət edə bilərlər. Kiçikhəcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; ortahəcmli kreditlər: 50.001 manatdan 1.000.000 manatadək; böyükhəcmli kreditlər: 1.000.001 manatdan 10.000.000 manatadəkdir. Kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək; ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək; böyükhəcmli kreditlər üçün -10 (on) ilədək verilir.
Ləman Qasımova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır