• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank artıq Qəbələdə!

Yelo Bank artıq Qəbələdə!
08.08.2022 14:11
Yelo Bank regionlarda xidmət şəbəkəsini genişlənməyə davam edir. Bank bu dəfə Qəbələdə yeni rəqəmsal filialını istifadəyə verdi.


Bankın digər filialları kimi "Parlaq Bankçılıq” şüarına uyğunlaşdırılmış Qəbələ filialı yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.

Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır. Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.


Mədaxil və məxaric əməliyyatları üçün filialın 24/7 xidmət sahəsində quraşdırılmış yeni nəsil ATM və terminalı damüştərilərin istifadəsindədir. 


Filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov Parlaq bankçılığı Qəbələ sakinlərinə təqdim etməkdən şad olduğunu bildirib: "Müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün nəinki məhsullarımızı, eləcə də filiallarımızı da rəqəmsallaşdırırıq, Qəbələ filialı bu il regionlarda istifadəyə verdiyimiz sayca 3-cü filialdır. Xidmət şəbəkəmizin, xüsusilə, regionlarda genişləndirməyimizdə əsas məqsəd ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Qəbələdə də sahibkarlığın inkişafı üçün geniş potensial var. İlin sonunadək ölkənin digər bölgələrində də eyni konseptdə filialları açmağı planlaşdırırıq.” 


Yelo Bank-ın yeni filialı Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi 1 ünvanında fəaliyyət göstərir.


Bank xidmətləri, o cümlədən, kredit, xaricə köçürmələr və depozit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!
 







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol