Azərbaycanda orta aylıq əməkhaqqı 14 % artıb

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və yaxud 1,7 % artaraq 1 720 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























