1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

İstifadəçi rahatlığını təmin edən "Nar+” tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
"Nar+” tətbiqi bir çox funksiyalarından əlavə, abunəçilər üçün rabitə xidmətlərinin şəffaflığını da təmin edir. Hər bir "Nar+” istifadəçisi müxtəlif abunə əməliyyatlarını rahatlıqla həyata keçirir və balansına tam nəzarət edir. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilirlər. Tətbiqdən ən çox istifadə edənlər paytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə və Quba sakinləridir.
"Nar” haqqında:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























