Bu məhsullarda istehsalın ümumi dəyəri azaldı - RƏSMİ

Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi
dəyəri əvvəlki ilin yanvar-iyul
ayları ilə müqayisədə 11,6% azalaraq 2167,3 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Yanacaq mazutunun
istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb,
avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı
26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı
31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının
istehsalı isə 37,8% azalıb.
Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və
plastik kütlə məmulatlarının istehsalı sahələrində 1339,4
milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının
istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında
18%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə
9,5% artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen
borular, borucuqlar, şlanqlar, qolların istehsalı 51,9 faiz, kimya
məhsullarından metanol (metil spirti) istehsalı 2,1 dəfə, lak-boya
məmulatlarının istehsalı 11,9% artıb, məsaməli polistirol
lövhələr və zolaqların istehsalı isə 18,2% azalıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























