“Bakı Metropoliteni”ndə yeni təyinat

Nəsimi Paşayev ANS PRESS-ə danışdı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyin edildiyi iddia edilən Nəsimi Paşayev yeni vəzifəsi barəsində məlumat verib.Nəsimi Paşayev ANS PRESS-ə açıqlamasında, “Bakı Metropoliteni” QSC-də yeni vəzifəyə gətirildiyini söyləyib.O, qeyd ediib ki, idarənin mətbuat katibi təyin edilməsi barəsində danışmaq hələ çox erkəndir: "Hazırda Bakı Metropoliteniniin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevadır. Mənim təyinatım üçün gərək hüquqi bir əsas olsun. Ancaq deyim ki, hazırda metropolitendə işləyirəm".Qeyd edək ki, kütləvi informasiiya vasitələrində “Bakı Metropoliteni” QSC-nin yeni sədri Zaur Hüseynovun əmri ilə idarənin mətbuat katibinin dəyişdirildiyi barədə məlumatlar yayılıb.Qeyd edək ki, N.Paşayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC mətbuat xidmətində çalışıb.ANN.Az
























