Reuters: Almanlar üçün yeni qaz vergisi hər ailə üçün ildə 600 avroya başa gələ bilər

Alman ev təsərrüfatları üçün yeni qaz haqqı illik 400-600 avro arasında ola bilər. Bu barədə Almaniya hökumətindəki mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, orta hesabla iki nəfərlik ailə üçün ödəniş hər kilovat-saat üçün iki sentlik tariflə ildə 400 avro, üç sentlik tariflə isə ildə 600 avro təşkil edəcək.
Nəşr əlavə edib ki, rüsumun dəqiq məbləği avqustun 15-də məlum olacaq. Bu barədə Almaniyanın qaz bazarı operatoru Trading Hub Europe məlumat verməlidir. Eyni zamanda, enerji daşıyıcılarının qiymətində ciddi artımla bağlı qaz şirkətlərinin xərclərinin bir hissəsini kompensasiya etmək üçün yeni rüsum tələb olunur.
www.anews.az

Avqustun 11-də Almaniya kansleri Olaf Şolz bildirib ki, Rusiyadan enerji tədarükünün azalması Almaniya hakimiyyətinin onlardan asılılığı azaltmaq üçün atdığı addımların düzgün olduğuna işarədir. O, həmçinin qeyd edib ki, onun mərkəzi layihəsi ölkənin muxtariyyəti və qalıq yanacaq idxalından müstəqil olmasıdır.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır