• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeni beynəlxalq ödəniş aləti ölkəmizə gəlir” - ABB-nin Kart məhsulları sahəsinin rəhbəri

“Yeni beynəlxalq ödəniş aləti ölkəmizə gəlir” - ABB-nin Kart məhsulları sahəsinin rəhbəri
16.08.2022 12:44
ABB-nin Kart məhsulları sahəsinin rəhbəri (Tribe Lead) Əfqan Abbasov müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

-ABB bu günlərdə TamGənc kartını bazara təqdim etdi. Belə məhsullarla bazarda hansı üstünlükləri yaratmaq istəyirsiniz?

-Gənc müştərilərin istəklərinə uyğun məhsul və xidmətlərin yaradılması yeni strateji dövrdə ABB üçün vacib məqamlardan biridir. Müştərilərimiz arasında gənc nəslin təmsilçilərinin sayı artır. Gənclərin bank xidmət və məhsulları ilə bağlı özünəməxsus ehtiyacları olur. ABB olaraq biz də bu ehtiyacları onların istəklərinə uyğun qarşılamağa çalışırıq. Sərfəli kreditlərimizi hər kəsə əlçatan edərkən, onlayn xidmətlərimizlə banka gəlmək ehtiyacını aradan qaldırarkən, ödəniş kartlarından istifadənin üstünlüklərini və keşbek imkanlarını genişləndirərkən həm də gənc müştərilərimizin gözləntilərini nəzərə alırıq. TamGənc kartı da sırf 18-25 yaş aralığında müştərilərimiz üçün yaradılmış məhsuldur. Gənclər bu kartla bir çox xidmətlərimizdən güzəştlərlə yararlana bilirlər. Kart sahibləri taksi və dəmiryolu nəqliyyatında, musiqi platformalarında, kitab mağazalarında, muzeylərdə, oyunların və rəqəmsal məhsulların alışında ödəniş zamanı 5%-dək keşbek qazancı əldə edirlər. Müəyyən limit daxilində köçürmə və nağdlaşdırma əməliyyatlarında onlardan komissiya haqqı tutulmur. Kart hesabındakı pul qalığına illik 6%-dək gəlir hesablanır. Hər bir gənc 18 yaşı tamamlanan kimi 1 ay ərzində özünün ilk bank kartını - TamGənc kartını ABB filiallarından pulsuz əldə edə bilər. Bunun özü ölkəmizdə bir ilkdir ki, 18 yaşı tamamlanan gənclərimizə TamGənc kimi faydalı bir kart hədiyyə olaraq bağışlanır.

-Təmassız ödəniş imkanlarını genişləndirmək üçün Bank hazırda nə işlər görür?

-Rəqəmsal inkişaf layihələrimizin mühüm qismi məhz bu istiqamətlə bağlıdır. Təmassız ödəniş imkanlarının genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qururuq. Müxtəlif təşkilatlarla məlumat mübadiləsi sistemlərinin inteqrasiyasına çalışırıq. Bildiyiniz kimi, bir müddət əvvəl tərəfdaşlarımızla birgə mühüm layihəyə imza atıb dəmiryolu nəqliyyatında təmassız ödənişlərə imkan yaratdıq. Bu prosesin davamı olaraq insanların mütəmadi istifadə etdikləri digər xidmət infrastrukturlarında da təmassız ödənişlərin inkişafı istiqamətində işlər davam etməkdədir. NFC sistemini dəstəkləyən ATM-ləri də ölkəmizdə ilk dəfə ABB tətbiq etdi. Hazırda ölkə ərazisində ABB-nin 196 yeni nəsil ATM-i quraşdırılıb və bu proses davam edir. Müştərilər fiziki kartlar olmadan NFC-ni dəstəkləyən ödəniş alətləri ilə ATM-lərimizdə təmassız nağdlaşdırma və digər əməliyyatlar apara bilirlər.

-ABB ötən ilin sonlarında ApplePay-i kart sahibləri üçün əlçatan etdi. Bu il də oxşar yenilikləriniz olacaqmı?

-Bəli, hazırda tərəfdaşlarımızla birgə mühüm bir layihə üzərində işi başa çatdırmaq üzrəyik. Android sistemini dəstəkləyən ödəniş həlli ölkəmizə gətirilir. Yaxın günlərdə bununla bağlı yeniliklərimizi ictimaiyyətlə bölüşəcəyik. Əminik ki, ABB-nin digər müasir bankçılıq həlləri kimi bu yeniliyimiz də müştərilərimizdə yüksək məmnuniyyət yaradacaq. Yeni müştəri təcrübəsinin formalaşmasına, ölkəmizdə təmassız ödəniş ənənələrinin genişlənməsinə töhfə verəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol