• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistanla birgə investisiya fondunda Azərbaycanın payı 75 % olacaq

Özbəkistanla birgə investisiya fondunda Azərbaycanın payı 75 % olacaq
17.08.2022 13:20
Birgə investisiya fondunda Azərbaycanın payı 75 %, Özbəkistanın isə 25 % olacaq, bunu Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib.

"Fondun yaradılması üçün 2022-ci ilin noyabrına qədər yol xəritəsinin təsdiqi ilə bağlı razılaşma var”, - o bildirib.

Səfirin sözlərinə görə, tərəflər turizm sahəsində də sazişlər imzalamaq niyyətindədirlər.

Azərbaycanla Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq istəyir. Bu məqsədlə iki ölkə milli istehsalçıların sərgilərini keçirəcək, qarşılıqlı ticarət missiyaları təşkil edəcək, Transxəzər Nəqliyyat Marşrutu ilə yükdaşımaları artıracaq.

Tərəflər bu iki ölkədə istehsal edilən məhsulların üçüncü ölkələrə ixracını da hədəfləyir. Məsələn, birgə toxuculuq müəssisələrinin, Yevlaxda ipəkqurdu yetişdirilməsi üzrə pilot aqroparkın, Azərbaycanda isə tinglərin yetişdirilməsi laboratoriyasının yaradılması planlaşdırılır.

"Özbəkistanda zərgərlik məmulatlarının istehsalı üzrə birgə müəssisənin yaradılması planlaşdırılır”, - Quliyev vurğulayıb.

İnvestisiya fondunun yaradılması barədə Özbəkistanın Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə məlumat verilib. Üstəlik, tərəflər neft-qaz və kimya sənayesi, toxuculuq sektoru və kənd təsərrüfatı sahələrində ümumi dəyəri 500 milyon dollardan çox olan 87 birgə layihənin, həmçinin ticarət müqavilələrinin vaxtlı-vaxtında və keyfiyyətli icrası üçün səyləri gücləndirmək barədə razılığa gəliblər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol