“Azerspace-1” 2014-cü ildə nə qədər gəlir gətirəcək? - Açıqlama

Fransanın “EADS Astrium” şirkəti “Azərkosmos”a Azərbaycanın bu il orbitə buraxacağı aşağıorbitli peykinin birgə kommersiya fəaliyyətinə qoşulmaq üçün müraciət edib.“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu təklif məsləhətçi şirkət və mütəxəssislər tərəfindən araşdırılır: "Bu, kommersiya layihəsidir. “Azərkosmos” üçün iqtisadi cəhətdən əlverişli olarsa, ona qoşulacaq”. Ə.Abbasov bildirib ki, aşağıorbitli peyklə bağlı tenderdə iştirak edən şirkətlərin sayı çox olduğundan, tenderin müddəti uzadılıb: “Hesab edirik ki, bu, yüksək təşkil olunmuş tenderdir. Yaxın vaxtlarda qalib elan olunacaq”. “Azerspace”-in ikinci planına toxunan nazir bildirib ki, 2017-ci ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaq və bu istiqamətdə tender şərtləri hazırlanır: “Hələlik hər şey proqram üzrə gedir”. Nazir qeyd edib ki, “Azerspace-1”-in istismarından əldə olunacaq gəlir bu il təxminən 15 mln. dollar təşkil edəcək. “Azərspace-1” bu il kreditlərinin verilməsi üçün müəyyən qədər Maliyyə Nazirliyinin köməyindən istifadə edəcək. Gələn ildən isə artıq plana görə, öz kreditlərini rentabelli fəaliyyətinə görə təmin edəcək.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























