Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi AZALIB

2022-ci il yanvar-iyulunda Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 476,5 milyon dollar olub. Azərbaycan Dövlət Staitstika Komitəsinin rəsmi saytı bu barədə məlumat verib.
Cari ilin yeddi ayında Ukrayna ilə ticarət əlaqəsi Azərbaycanın xarici ticarət dövriyyəsinin 1,7 %-ni təşkil edib.
Həmin dövrdə Azərbaycan Ukraynadan 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Azərbaycanın Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub.
2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.
Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Müharibə Ukrayna iqtisadiyyatına da mənfi təsir edib. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu isə 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























