Meşə yanğınlarında “Azəriqaz”a dəyən zərər müəyyən ediləcək - Ruslan Əliyev

Şabranda meşə yanğınları nəticəsində SOCAR "Azəriqaz” İstehsalat Birliyinə dəyən ziyanın həcmi yanğınlar başa çatdıqdan və lazımi təftiş işləri keçiriləndən sonra müəyyən ediləcək, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
"Şabran rayonu ərazisində baş verən meşə yanğını səbəbindən 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır. Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb", - o deyib.
Əliyev bildirib ki,qaz təsərrüfatına böyük ziyan dəyməyib, cüzidir.
"Araşdırma aparılır, daşıyıcı qaz xətləri təftiş olunur", - o bildirib.
Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunub.(report)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























