• $
  • €
  • ₽
  • ₺
  • £

Albalı plus kartının təqdimatı keçirilib

Albalı plus kartının təqdimatı keçirilib
17.04.2014 12:26

Bu günlərdə Unibank-ın ALBALI PLUS kartının təqdimatı keçirilib. Four Seasons otelində təşkil edilən tədbirdə, bankın yüzlərlə partnyoru və müştərisi bir araya toplanıb.

Unibank-ın İcraçı direktoru (CEO-su) Cəlal Qasımov ALBALI PLUS kartını “müştərilərin şəxsi bankı” adlandırıb, çünki bu karta sahib olan müştərilər, bankın əksər məhsullarından istifadə etmək imkanı qazanırlar. Unibank CEO-sunun sözlərinə görə, müştəri istəsə ALBALI PLUS vasitəsilə kredit götürə, banka gəlmədən sərfəli şərtlərlə depozit yerləşdirə, taksit kartı kimi istifadə edə, komunal xidmət haqlarını və digər ödənişləri həyata keçirə bilər.BİR KARTLA BÜTÜN DÜNYAYAALBALI PLUS Master Card ödəniş sisteminə aid olduğundan, dünyanın bütün ölkələrində istifadəsi mümkündür. İstənilən ölkədə ALBALI PLUS-la güzəşt dövrü olan kredit xətti açdırıb, alış-veriş etmək olar.Master Card-ın regional direktoru Hakan Acar Azərbayacan kart bazarının ən güclü kartlarından biri ilə əməkdaşlıqdan çox şad olduqlarını deyir. Hakan Acar çox funksiyalı yeni məhsulun partnyorların dövriyyəsini xeyli artıracağına əmindir.TƏRƏFDAŞLAR NƏ DÜŞÜNÜR?“İdeal” şirkətinin rəsmisi Emil Saydumov hesab edir ki, yeni kartın çoximkanlı olması müsbət haldır. Tərəfdaşlar üçün daha çox imkanlar açır.Unibankın digər daimi tərəfdaşı Azretail MMC-nin nümayəndəsi Nahid Bağırov ALBALI PLUS-un təmsil etdiyi Araz Supermarketlərində satışın dövriyyəsinin daha da artmasına təsir göstərəcəyinə əmindir.Tesco Computers-in təmsilçisi Afaq Quliyeva isə ALBALI PLUS kartının son dərəcə maraqlı və cəlbedici məhsul olduğunu, qısa müddətdə özünə çox sayda alıcılar tapacağına inandığını bildirib.KİMLƏR ALA BİLƏRALBALI PLUS kartını iş yerindən arayış və şəxsiyyət vəsiqəsini Unibank filialına təqdim etməklə, 18-70 yaş arası bütün Azərbaycan vətəndaşları ala bilər.ALBALI PLUS -hamı üçün əlçatan, istifadəsi sadə və çoximkanlı kart! Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.ALBALI PLUS- arzuları reallaşdıran kart!Unibank – hər kəsin bankı.ANNET.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol