• $
  • €
  • ₽
  • ₺
  • £

Ticarət dövriyyəsinin həcmi artıb

Ticarət dövriyyəsinin həcmi artıb
22.08.2022 12:53
2022-ci ilin I yarısında pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2.9% artaraq  22.5 milyard manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının rəsmi saytı məlumat yayıb. 
 
Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə əmtəə dövriyyəsi 2.3%, qeyri-ərzaq məhsulları üzrə dövriyyə isə 3.6% artıb.
 
Cari ilin I yarısında hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 373.5 manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 50.7 manat çox vəsait xərcləmişdir. Bunun da 209.6 manatı qida məhsulları, içkilər və tütün məmulatlarının, 163.9 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
 
İctimai iaşə dövriyyəsi yanvar- iyununda 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 53.8% artmışdır. Həmçinin dövr ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri müvafiq dövrə nəzərən real ifadədə 7.4% artaraq 4.2 mlrd. manat təşkil etmişdir. Yanvar-iyun ayları ərzində orta hesabla adambaşına düşən pullu xidmət istehlakı ötən ilin müvafiq dövrünə nəzərən  nominal ifadədə 63.7 manat artmış və 416.9 manat təşkil edib.

2022-ci ilin yanvar-iyununda əhalinin nominal gəlirlərinin artımı davam etmişdir. Əhali gəlirlərinin nominal artım tempi orta illik inflyasiyanın artımını üstələmişdir ki, bu da gəlirlərin real olaraq artdığını göstərir. DSK-nın məlumatlarına əsasən ilk altı ay ərzində əhalinin pul gəlirləri nominal olaraq 19.9% artaraq 33 mlrd. manat olmuşdur. Bu dövrdə adambaşına düşən pul gəlirləri 3.3 min manat təşkil edib. Əhalinin sərəncamında qalan gəlirlər 20.1% artaraq 29.4 mlrd. manata çatıb.
 
Ev təsərrüfatlarına verilən kreditlərin həcmi 2022-ci ilin iyunun sonuna ilin əvvəlinə nəzərən 15.3% artmış və 9.9 mlrd. manat təşkil edib.

I yarımildə yüksək iqtisadi artım dinamikasının davam etməsi, artan istehlak tələbi, qiymət artımının davam etməsi kimi faktorlar istehlakçı gözləntilərinə təsir edib.
 
"Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri” sorğusunun nəticələri əsasında hesablanan İstehlakçı İnam İndeksi (İİİ) ötən rübə nəzərən yaxşılaşmışdır. Qeyd edək ki, bu göstərici müxtəlif gəlir səviyyəsinə malik ev təsərrüfatları arasında "Ailənin maliyyə vəziyyəti gözləntisi”, "Ölkənin iqtisadi vəziyyətinə dair gözlənti”, "Pul yığımı ehtimalı” və "İşsizlik gözləntiləri”nə dair sorğular əsasında ümumiləşir. Müvafiq göstəricilərin hamısında pozitiv dəyişim qeydə alınmışdır ki, bu da son rübdə əvvəlki rüblə müqayisədə indeksin yaxşılaşmasına təsir göstərib.
 

Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol