• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb

Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb
24.08.2022 14:50
Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb. Bu, Nazirlər Kabineti "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında öz əksini tapıb.

Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 %-dən 42,5 %-ə, dizel yanacağının aksiz dərəcəsi 18 %-dən 18,3%ə qaldırılıb.
 
"Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar (təchizatçılar) tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması üçün bu Qərara uyğun olaraq subsidiya verilsin", - qərarda yazılıb.
 
Azərbaycan 2022-ci ilin I yarısında 150 min 806,8 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,2 dəfə çoxdur. AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində 72.6 dəfə artaraq 173 milyon 403,17 min dollar təşkil edib.
 
Azərbaycana AI-92 markalı avtomobil benzinin idxalının kəskin artımı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılması ilə əlaqədar olub.

Hesabata görə, 125 milyon 645,95 min dollar dəyərində 109 min 184,1 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72,4%-i) Rusiyadan, qalan həcm Türkmənistandan (41 milyon 731,96 min dollar dəyərində 36 min 571 ton), Qazaxıstandan (3 milyon 998,18 min dollar dəyərində 3 min 526,29 ton) və Rumıniyadan (2 milyon 27,08 min dollar dəyərində 1 min 525,41 ton) idxal edilib.

Hesabatda həmçinin bildirilir ki, Azərbaycan 2022-ci ilin I yarısında 46 min 266,92 ton "Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 38,6% azdır.


Ləman Qasımova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol