• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyindən vətəndaşlara xəbərdarlıq

Vergilər Nazirliyindən vətəndaşlara xəbərdarlıq
16.04.2014 17:36
Vergi Məcəlləsinin müddəalarına əsasən mart ayının 31-dək hüquqi şəxslər mənfəət, əmlak və yol vergisinin, fiziki şəxslər isə gəlir vergisinin bəyannamələrini vergi orqanlarına təqdim etməlidirlər.ANN.Az-ın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə vergi orqanları tərəfindən geniş məlumatlandırma və izahat işləri aparılıb, vergi ödəyiciləri ilə görüşlər keçirilib. İllik vergi bəyannamələrinin vaxtında təqdim edilməsi və hesablanmış vergilərin ödənilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən xüsusi bildiriş və elan formaları hazırlanaraq yerli vergi orqanlarına göndərilib, kütləvi informasiya vasitələrində elanlar yayımlanıb. Vergilər Nazirliyinin rəsmi internet səhifəsi və 195 Çağrı Mərkəzi vasitəsilə vergi ödəyicilərinin məlumatlandırılması işləri həyata keçirilib, vergi bəyannamələrinin vaxtında təqdim edilməsi məqsədilə vergi ödəyicilərinin telefon nömrələrinə mesajlar göndərilib.Görülmüş məqsədyönlü işlər nəticəsində, 2013-cü ilin yekunlarına görə gəlir vergisi bəyannamələrinin 96,8%-i, mənfəət vergisi bəyannamələrinin 93,7%-i, əmlak vergisi bəyannamələrinin 91,2 %-i, yol vergisi bəyannamələrinin 96,6%-i vaxtında təqdim edilib. Ümumilikdə isə hesabat dövrünün yekunları üzrə təqdim edilməli olan bəyannamədən 93,9%-i vaxtında, habelə vaxtında təqdim edilmiş bəyannamələrdən 94,5%-i elektron qaydada təqdim edilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol