• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika şəhid övladları üçün təşkil edilən “Zəfər” yay məktəbinə dəstək oldu!

Bank Respublika şəhid övladları üçün təşkil edilən “Zəfər” yay məktəbinə dəstək oldu!
05.09.2022 13:53
Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı şəhid övladları üçün həyata keçirilən "Zəfər" Yay Məktəbinə dəstək oldu.

İyul - avqust ayları ərzində davam edən layihə müddətində məktəbli şəhid övladları 4 peşə - musiqi, rəsm, fotoqrafiya və aktyorluq üzrə öz bilik və bacarıqlarını inkişaf etdiriblər. Yay məktəbinin bağlanış mərasimi vətənimizin mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutub.

Tədbirdə şəhid ailələri, dövlət və ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, eləcə də Şuşa şəhərinin azad olunması uğrunda döyüşən Bank Respublika əməkdaşları iştirak edib.

Açılış nitqi ilə çıxış edən "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə layihə haqqında geniş məlumat verib və layihənin ərsəyə gəlməsində hər kəsə öz təşəkkürünü bildirib.  "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov çıxış edərək bu layihənin şəhid övladlarımızın inkişafındakı əhəmiyyətini yüksək qiymətləndirib və şəhid övladlarının Şuşa şəhərində təqdim etdikləri sənət nümunələrinin həyatında xüsusi yer tutacağını vurğulayıb.

Daha sonra şəhid övladlarının hazırladıqları kiçik sənət əsərlər nümayiş olunub və onların iştirakı ilə bədii hissə təqdim olunub. Tədbirin sonunda layihənin bütün iştirakçılarına sertifikatlar və "Bank Respublika”da çalışan qazilər tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Müharibədən sonra şəhid ailələrinə və qazilərə xüsusi diqqətin göstərilməsi "Bank Respublika”nın sosial layihələrinin əsas istiqamətlərindən biridir. Bank Respublika həmçinin, "YAŞAT” Fondu, "Silahlı Qüvvələrə Yardım Fondu” və "Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol