• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Bolqarıstana nə qədər qaz ixrac edəcək?

Azərbaycan Bolqarıstana nə qədər qaz ixrac edəcək?
06.09.2022 17:59
Azərbaycan 2022-ci ildə Bolqarıstana 600 milyon kubmetr qaz ixrac etməyi planlaşdırır. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov ilə görüşdən sonra Tvitter hesabında yazıb. 

"Biz TAP-ın genişləndirilməsi çərçivəsində IGB-nin kommersiya istismarına verilməsini və Bolqarıstana qaz ixracını müzakirə etdik. Proqnozlara görə, 2022-ci ilin  sonuna qədər Bolqarıstana təxminən 600 milyon kubmetr qaz ixrac ediləcək", - nazir  yazıb.

Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-dən başlanılıb. Lakin interkonnektor (İGB) olmadığından Azərbaycan qazının Bolqarıstana ixrac həcmi nəzərdə tutulduğundan bir neçə dəfə az olub. İldə 1 milyard kubmetr əvəzinə bu ölkəyə 250-300 milyon kubmetr qaz ixrac edilib. 

Energetika Nazirliyinin məlumatına görə, hazırda Bolqarıstana verilən qazın gündəlik həcmi  2,6 milyon kubmetr təşkil edir.  

2021-ci ildə Azərbaycan qazının ixracı 22 milyard kubmetr qaz təşkil edib, 2022-ci ildə ixracın həcminin 24 milyard kubmetrə qədər artırılması nəzərd tutulub. 

2022-ci il martın sonunda operator IGB elan etdi ki, IGB artıq Bolqarıstana ilk dəfə Azərbaycandan qaz əldə etmək imkanı verəcək Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.

IGB-nin istismara verilməsi ilə birlik ilkin olaraq Bolqarıstanı ildə 1 milyard kubmetr qazla təmin edəcək, daha sonra isə layihə gücü ildə 3 milyard kubmetr qaza kimi artırılacaq. 

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i İtaliya ərazisindən keçir. TAP Cənub qaz dəhlizi  layihəsinin sonuncu komponenti - Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturdur.

Qaz kəməri "Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-2” çərçivəsində Yunanıstan və Albaniya ərazisindən keçməklə Qərbi Avropaya ildə 10 milyard kubmetr təbii qazın nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti onu iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol