• $
  • €
  • ₽
  • ₺
  • £

Şimal-cənub dəhlizi ilə yük daşımaları artıb

Şimal-cənub dəhlizi ilə yük daşımaları artıb
09.09.2022 12:52
Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə yük daşımaları 2022-ci ilin yanvar -avqustunda 47 faiz artıb. Bunu Azərbaycan baş nazirin müavini Şahin Mustafayev cümə günü Bakıda Şimalın inkişafı üzrə Azərbaycan-Rusiya-İran formatında ilk üçtərəfli görüşdə bildirib. 


"Bu ilin cəmi 8 ayında tranzit daşımaların artımı 47% təşkil edib. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə gəlincə, bu, həm də böyük potensiala malik olduğundan çox vacibdir. Xüsusilə, bu layihə Baltikyanı ölkələrə, Fars körfəzinə və Aralıq dənizinə malların çatdırılmasına imkan verəcək”, -  Mustafayev bildirib. 


Baş nazirin müavini qeyd edib ki, bu nəqliyyat dəhlizinin inkişafı üçün keçid məntəqələrini genişləndirmək, yükdaşıma tariflərini və həcmlərini müəyyən etmək lazımdır.


Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan ən müasir texnologiyalardan istifadə etməklə ölkənin dəmir yolu şəbəkəsini fəal şəkildə inkişaf etdirir. Həmçinin, Ələt limanı vasitəsilə yüklərin daşınması imkanlarının ildə 25 milyon tona, konteyner terminalının isə 500 min tona çatdırılması üçün layihə hazırlanır.


N.Təbrizli 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol