• $
  • €
  • ₽
  • ₺
  • £

KOBİA sahibkarlar üçün 44 daxili bazar araşdırması aparıb

KOBİA sahibkarlar üçün 44 daxili bazar araşdırması aparıb
09.09.2022 14:26
İndiyədək 25 daxili bazar araşdırması aparılaraq nəticələri KOBİA-nın saytında (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi) yerləşdirilib. Bu barədə KOBİA məlumat yayıb.
 
Sahibkarların müraciəti əsasında aparılan bazar araşdırmaları ilə yanaşı, Agentliyin təşəbbüsü ilə də daxili bazar araşdırmaları həyata keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyədək sahibkarların müraciəti əsasında 19 daxili bazar araşdırması apararaq nəticələrini sahibkarlıq subyektlərinə təqdim edib.

Hazırda sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə bir neçə istiqamətdə daxili bazar araşdırmaları aparılır və nəticələri aidiyyəti üzrə təqdim olunacaqdır.

KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulur.
 
Aytac

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol