“Nar”ın dəstəyilə 10 abituriyent tələbə adını qazandı

"Nar”ın "Gələcəyini Qur!” layihəsi ilə əməkdaşlıq çərçivəsində universitetə hazırlıq xərclərini öz üzərinə götürdüyü şagirdlərin hamısı tələbə adını qazanıb.
Qarabağ müharibəsi veteranları və hərbçi ailələrindən olan məktəblilərin 100 %-lik nəticəsi münasibəti ilə "Nar” bu gəncləri təbrik edir və növbəti təhsil pilləsində də onlara müvəffəqiyyət arzu edir.
"Nar” elm və təhsilə dəstək istiqamətində davamlı layihələr həyata keçirir. Mobil operatorun korporativ sosial məsuliyyət istiqamətində gördüyü layihələrlə nar.az/projects vasitəsilə tanış ola bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























