• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstanın energetika naziri Azərbaycana gəlir - GÖZLƏNTİLƏR

Yunanıstanın energetika naziri Azərbaycana gəlir - GÖZLƏNTİLƏR
13.09.2022 16:02
Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas yaxın günlərdə Azərbaycana səfər edəcək. Bu barədə  Yunanıstan mətbuatı yazıb.
 
Bəs görəsən səfər gedişində nə kimi məsələlər müzakirə olunacaq?
 
BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin sözlərinə görə, Avropada hazırda Ukrayna Rusiya müharibəsi nəticəsində enerji böhranı yaranıb. Ona görə də Yunanıstanla Azərbaycan arasında yenidən enerji əməkdaşlığı yarana bilər.
 
"Yunanıstan Avropada baş verən müharibəni nəzərə alaraq, digər ölkələrlə əməkdaşlığa can atır. Azərbaycan Yunanıstan vasitəsilə təbii qazı Avropa ölkələrinə göndəririr. Həmçinin Yunanıstana qaz satır.  Nazirin gəlmə səbəblərindən biri də Avropa ölkələrinin Azərbaycandan daha çox  təbii qaz almaq istəməsidir. Bolqarıstan, Yunanıstan və digər ölkələrin Azərbaycana maraqları çoxdur.  Yunanıstan öz enerji tələbatını təmin etmək üçün Azərbaycandan istifadə etmək istəyir",  - Hacıyev bildirib.  

Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şabanın fikrincə,  Yunanıntan naziri rəsmi Bakıdan əlavə qaz həcmləri istəyə bilər. Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır.
 
"Yunanıstanla Azərbaycan arasında ancaq enerji sahəsində qazın alqı-satqı müqaviləsi mümkündür. Əsas qazın nəqli İtaliyaya və Bolqarıstana Yunanıstan üzərindən gedir. Yunanıstan ölkənin enerji təminatının təmin edilməsi üçün digər dövlətlərlə əlaqələrin gücləndirilməsində maraqlıdır. TAP-ın genişləndiyi dönəmdə  bu mümkündür. Çünki  2020-ci lin dekabrından Azərbaycan qazı Avropaya çatdırılmağa başlayıb. O zamandan Yunanıstan Azərbaycana ciddi bir tərəfdaş kimi baxır", -  İlham Şaban bildirib.
 
Yunanıstan enerji sektorunda Azərbaycanla sıx əməkdaşlıq edir və ölkə öz tələbatının 20 faizini Azərbaycandan nəql edilən qaz hesabına təmin edir. Qaz Yunanıstana  Trans-Adriatik Boru Kəməri  (TAP)  vasitəsiləçatdırılır. 

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr təşkil edir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.


TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. 

 
Aytac Zeynalova



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol