• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb

Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
21.09.2022 17:12
"Unibank”ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb. Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və "Unicapital” İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq. 


Proqram iki əsas sahədə - Strategiya və Biznes Planlaması və Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi, o cümlədən, Səhvlər və Zərərlər Bazası və Risklərə Nəzarət Özünü Qiymətləndirmə Sistemi üzrə həyata keçirilib.


Proqram dövründə Strategiya və Biznes Planlaması layihəsi çərçivəsində 2 biznes, 8 funksional və korporativ strategiyadan ibarət hərtərəfli və yaxşı işlənmiş strategiya sənədi hazırlanıb. "Unibank”da strateji planlaşdırma və idarəetmə proseslərinin davamlığını təmin etmək məqsədi ilə Strategiya və İnkişaf Departamenti və Strateji İdarəetmə Komitəsi yaradılıb. Yeni strategiya güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandanın sinerjisi hesabına həyata keçirilir.

Proqramın digər hissəsi olan Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində Unibank və bankın törəmə şirkəti olan "Unicapital” İnvestisiya Şirkəti üçün çox əsaslandırılmış, geniş təhlil edilmiş və ətraflı risk, özünüqiymətləndirmə və məlumat bazası üzrə tövsiyə sənədi hazırlanıb. Bankın təşkilatı strukturu optimallaşdırılıb. Layihə müddətində 1-ci və 2-ci müdafiə xəttlərinin gücləndirilməsi və onlar arasındakı sərhədlərin müəyyənləşməsi üzrə aparılan işlər, Bankda risk mədəniyyətinin inkişaf etdirilməsinin başlıca lövbəri kimi çıxış edib. Bankda komitələr yaradılıb, birləşdirilib və dəyişdirilib. Proqram çərçivəsində "Unicapital”ın  qrup daxilində strateji inkişaf prioritetləri üzrə təşkilatlanması, biznes proses və funksiyaların optimallaşdırılması, həmçinin risk əsaslı idarəetməsinin təşkili təmin edilib. Əldə edilən nəticələr yeni məhsul və xidmətlərin yaradılması, şirkətin dayanıqlı inkişafı və qrup ilə sinerjidə vahid strateji idarəetmənin gücləndirilməsinə xidmət edəcək.

Dəstək proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə layihədə uğurlu tərəfdaşlığa görə Unibank və Unicapital rəhbərliyi və əməkdaşları sertifikatla təltif edilib. 

Unibank- Sənin Bankın!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol