Şahbazov Yunanıstana qaz ixracından DANIŞDI

Azərbaycan Yunanıstana qaz ixracını 1,1 milyard kubmetrə çatdırmağı proqnozlaşdırır. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün rəsmi tviter hesabında bildirib.
"Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd.m3 proqnozlaşdırılır", - nazir deyib.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























