• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai iaşə obyektlərində ətin qəbulu ilə bağlı – AÇIQLAMA

İctimai iaşə obyektlərində ətin qəbulu ilə bağlı – AÇIQLAMA
14.04.2014 13:58
Azərbaycanda ictimai iaşə obyektlərində kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin qəbul edilməsi qadağandır.ANN.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən aprelin 13-də təsdiqlənən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.İribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul ediləcək.Qaydalarda malların satışına olan ümumi tələblər də müəyyənləşib.Bu tələblərə əsasən topdansatış ticarət obyektlərindən mallar hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə müqavilələr əsasında satılacaq. Topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat obyektlərindən, hüquqi və fiziki şəxslər tərəfindən pərakəndə qaydada alınmış ərzaq mallarının, o cümlədən spirtli və spirtsiz içkilərin, tütün və tütün məmulatlarının sonradan pərakəndə satışı qadağandır.Satışda yalnız buraxılması və ya satışı qadağan olunmamış məhsullar ola bilər. Dövriyyədən çıxarılmış malların alqı-satqısı qadağandır. Dövriyyəsi məhdudlaşdırılmış mallar (mülki silah, zəhərli preparatlar və s.) onların özgəninkiləşdirilməsinə xüsusi icazə olduğu halda satıla bilər. Belə malları isə yalnız onları əldə etməyə xüsusi icazəsi (lisenziyası) olan istehlakçılar əldə edə bilərlər.Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk olunan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışı qadağandır.Təhlükəsizliyi barədə dövlət sanitariya nəzarəti orqanları tərəfindən verilmiş xüsusi rəyi (sertifikatı) olmayan ətriyyat-kosmetika, məişət kimyası mallarının  satışı da qadağandır. Dövlət sanitariya və fitosanitar nəzarəti orqanlarının icazə verdiyi yerlərdən kənarda pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı qadağandır. Pestisidlər və aqrokimyəvi vasitələr sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə cavab verən satış zallarında və anbarlarda saxlanılmalıdır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol