• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın dəstəyi ilə Bakıda ilk dizayn festivalı keçirildi

Yelo Bank-ın dəstəyi ilə Bakıda ilk dizayn festivalı keçirildi
30.09.2022 17:25
Yelo Bankın baş sponsorluğu, Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı ilə 24 sentyabr 2022-ci il tarixində EGP Arenada "Bakı Dizayn Festivalı” baş tutdu. Bu il festival Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunub.


Ölkəmizdə ilk dəfə baş tutan Dizayn Festivalının əsas məqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini təmin etmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarlara özlərini göstərmək imkanı yaratmaqdır. Bakı Dizayn Festivalı Azərbaycanda dizaynın inkişafı istiqamətinə güclü təkan vermək niyyətindədir. Bu ilki festivalda xalq rəssamı Arif Hüseynov, kreativ direktor Orxan Kərimov, memar Aytac Əkbərli, kreativ direktor ABD Malik, fotoqraf Raj Steven, kreativ direktor Ersel Serdarlı çıxış edərək öz böyük təcrübələrini auditoriya ilə bölüşdülər.


Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri, art-instalyasiyalar sərgiləndi. Yaradıcılıq zonasının bu ilki mövzusu qlobal istiləşmə və su probləmləri idi. Məhz buna görə rəssamlar damcı şəkilli maketlər üzərində rəsm çəkdilər. Bundan başqa qrafitti rəssamları onlar üçün ayrılmış xüsusi zonada öz yaradıcılıqlarını sərgilədilər. Art zonada rəngkarlar Ramilə Şamilova, Anar Şəmsi, Roza Muradova, Zöhrab Salam-Zadə, Aynur Mustafayeva, Orxan Qarayev, Nigar Niyazova, Ruhulla Həsənzadə, Nigar Familsoy, Erkin Ələkbərli, Vüsalə Ağarazıyeva, qraffiti rəssamları Azy, Fizzo Chi, Tovarich, Wave iştirakedirdi. Festivalda, həmçinin, Həbibə Hüseynova, Məmməd Rəşidov, Ramina Boçarova, Murad Vəliyev və digər sənətkarların art-instalyasiyaları da sərgiləndi.


Festival zamanı 44 günlük Vətən Müharibəsi iştirakçısı olan dizaynerlər də səhnəyə dəvət edildi, onlara üçün xüsusihədiyyələr təqdim olundu.


Dizayn festivalı ənənəvi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulur. Festival haqqında ətraflı məlumat üçün: https://bakudesignfestival.com/


Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət Yelo Bank-ın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bank həm öz təşəbbüsü ilə gənclərə dəstək layihələrinə imza atıb, həmçinin, faydalı bir neçə layihələrin həyata keçirilməsinə öz töhfəsini verib. Bank gələcəkdə də maraqlı və parlaq layihələri həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.


Bank xidmətləri, cümlədən, valyuta kursları haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.


Yelo Bank – Parlaq bankçılıq!








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol