“OPEC plus” toplantısında hansı qərarlar verilə bilər? - GÖZLƏNTİ

Oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanayada "OPEC plus” ölkələri nazirlərinin 33-cü iclası keçiriləcək. İclasda Azərbaycanı Energetika naziri Pərviz Şahbazov təmsil edəcək.
Neft məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə iclasda hasilatın azaldılması məsələsi müzakirə oluna bilər.
"Azərbaycan 2016-ci ildən "OPEC plus” -a qoşulub. Daimi iştirak edərək verilən bütün qərarları dəstəkləyib. Düşünürəm ki, oktyabrda veriləcək bütün qərarları da dəstəkləyəcək. Mətbuata sızan ilkin məlumata görə hasilatın bir ay əvvəlki ilə müqayisədə azaldılması müzakirə olunacaq. Sentyabrda da 1000 barel hasilatın azaldılması ilə bağlı qərar qəbul olunub. Reuterin yazdığına görə oktyabrda isə noyabrın 1-dən sonrakı tarix üçün 500 000 bareldən yuxarı həcmlərin azaldılması müzakirə obyekti olacaq", - ekspert bildirib.
"OPEC plus” un iclası COVID-19 pandemiyası
ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək. Azərbaycan "OPEC plus”
razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.
Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).
Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır