• $
  • €
  • ₽
  • ₺
  • £

Anglo Asian Mining şirkəti hasilatı azaldıb

Anglo Asian Mining şirkəti hasilatı azaldıb
13.10.2022 13:02
Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın Anglo Asian Mining şirkəti (AAM) 2022-ci ilin yanvar-sentyabrında  43,081 min unsiya qızıl ekvivalenti (GEO) həcmində qiymətli metallar hasil edib ki, bu da ötən ilin eyni dövründən 11,2% azdır. 

Bu ilin yanvar-sentyabrında şirkət Azərbaycanda 31,993 min unsiya qızıl (azalma 13,8%), 1,892 min ton mis (azalma 0,7%), 144,562 unsiya gümüş (24,8% artım) hasil edib. 

Hesabat dövründə şirkət Gədəbəy yatağından dore ərintisindən 29,573 min unsiya qızıl (azalma 7%), 22,143 min unsiya gümüş (artım 35,8%) əldə edib.

Yanvar-sentyabrda dünya bazarlarında  21,273 min unsiya qızıl külçəsi satılıb (azalma 19,5%).

2022-ci ilin yanvar-sentyabrında şirkət 10,215 min ton mis konsentratı istehsal edib (artım 12,1%), onun 7,837 min tonunu dünya bazarlarında (artım 11,7%) 14,573 milyon dollara (azalma) satıb. 

AAM-ın məlumatına görə, 30 sentyabr 2022-ci il tarixinə şirkətin sərbəst pul ehtiyatları 30 iyun tarixinə olan 21,1 milyon dollarldan 15,3 milyon dollar kimi azalıb. 

Qızıl hasilatı üzrə PSA müqaviləsi 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir.

2021-ci ilin sentyabrında imzalanmış yeni müqaviləyə əsasən, şirkət sərəncamına üç yeni müqavilə bloku alıb və birindən imtina edib. Beləliklə, hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Gədəbəy yatağından ilk qızılın hasilatına 2009-cu ildə, gümüşün çıxarılması isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabrında şirkət Qoşa müqavilə sahəsinin işlənməsinə başlayıb. 

Hazırda Anglo Asian Mining Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol