BTC ilə neft ixracı artıb

2022-ci ilin yanvar-sentyabrında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Azərbaycan neftinin ixracı bir il əvvəlki 19,6 milyon tondan 21,7 milyon tona kimi artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin doqquz ayında BTC ilə 3580 ton tranzit nefti ixrac edilib. 2021-ci ildə bu göztərici 2522 milyon ton təşkil edib.
Azərbaycanım neft ixracının 78,9%-i BTC-nin payına düşüb. Cəmi bu ilin yanvar-sentyabrında 27,5 milyon ton neft ixrac edilib.
Xəzər neftini Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına daha sonra tankerlərlə daşınmaq üçün çatdıran BTC boru kəmərinin uzunluğu 1768 kilometrdir.
Kəmərin gündəlik gücü 1,2 milyon barel neft ixrac etməyə imkan verir. Layihəyə əsasən, BTC-nin gücü sutkada 2,2 milyon barrelə qədər artırıla bilər.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























