• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcə gəlirləri və xərcləri açıqlandı

Büdcə gəlirləri və xərcləri açıqlandı
17.10.2022 15:38
2022-ci ilin yanvar-avqustda dövlət büdcəsinin  gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 20297,9 milyon  manat, xərcləri isə 18151,9 milyon manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsində məlumat verilib. 
 
Daxilolmaların 25,19 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 23,61 faizi əlavə dəyər vergisi, 5,19 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,66 faizi fiziki şəxslərin gəlir vergisi, 4,18 faizi aksizlər, 1,10 faizi sadələşdirilmiş vergi, 1,82 faizi vergilərin digər növləri, 34,25 faizi isə vergi olmayan gəlirlər 
hesabına təmin edilib. 

Büdcə vəsaitlərinin 22,84 faizi iqtisadi fəaliyyətin, 17,38 faizi təhsil və səhiyyənin, 17,28 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 13,32 faizi ümumi dövlət xidmətlərinin, 12,81 faizi sosial müdafiə və sosial təminatın, 16,37 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib. 
 
Maliyyə Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən 2022-ci ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 22401,5 milyon manat, xərcləri 20470,7 milyon manat təşkil etmiş, büdcənin icrasında 1930,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,0 faizi qədər profisit yaranıb. 
 
Həyat Hacıyeva 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol