• $
  • €
  • ₽
  • ₺
  • £

Leobank ABB ilə tərəfdaşlıq çərçivəsində “ƏDV geri al” xidmətini istifadəyə verib

Leobank ABB ilə tərəfdaşlıq çərçivəsində “ƏDV geri al” xidmətini istifadəyə verib
24.10.2022 13:31
Leobank xidmət sahəsini genişləndirməkdədir. Bu dəfə bank müştərilərinə məşhur maliyyə xidmətlərindən birini təqdim edir.

Leobank, ABB ilə tərəfdaşlıq çərçivəsində "ƏDV geri al” xidmətini mobil tətbiqə əlavə edərək, bütün müştərilərinin istifadəsinə verib. Beləliklə, artıq Leobank müştəriləri ƏDV-nin geri qaytarılması üçün tətbiqdə sözügedən xidmətdən istifadə edə bilərlər. Bunun üçün müştərilər Leobank tətbiqi üzərindən ABB-nin müvafiq xidmətinin səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya artıq mövcud hesablarına daxil olaraq xidmətdən yararlana bilərlər. Qeyd edək ki, alış-veriş qəbzlərindən toplanmış məbləğlər mövcud hesaba toplanır və ƏDV-dən qazanılmış məbləğlərin birbaşa Leobank kartına köçürülməsi mümkündür. 

"ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə nöqtələrində əldə edilmiş məhsullara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.

Leobank-ın təmas mərkəzinə istənilən mesencer vasitəsilə yazaraq və ya *7773 telefon nömrəsinə zəng edərək bu və digər xidmətlər barədə ətraflı məlumat əldə etmək olar. Həmçinin www.leobank.az internet səhifəsindən əsas  məlumatları tapmaq mümkündür.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol