Azərbaycanın valyuta ehtiyatları artıb - Mərkəzi Bankın sədri

Azərbaycanın strateji valyuta ehtiyatları 55 milyard dolları ötüb, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.
"2022-ci ilin 9 ayı ərzində strateji valyuta ehtiyatlarının həcmi 3,5% artaraq 55,1 milyard dollara çatıb. Bu da öz növbəsində Mərkəzi Bankın özünün valyuta ehtiyatlarının artmasına - 7,7 milyard dollara (artım 8,4%) təsir edir", - Kazımov cümə günü mətbuat konfransında bildirib.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























