• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qazaxıstandan zəmanətli neft gözləyir

Azərbaycan Qazaxıstandan zəmanətli neft  gözləyir
28.10.2022 13:00
Azərbaycan və Qazaxıstan neftin Bakı-Supsa neft kəməri ilə nəqli şərtləri ilə bağlı danışıqları davam etdirir. Bu barədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.

"Danışıqlar davam edir, ümid edirəm ki, Qazaxıstandan neft olacaq, amma nə vaxt bilmirəm. Hesab edirəm ki, ən vacibi proqnozlaşdırıla biləndir. Biz bilməliyik ki, hansı həcmlərdən danışırıq ki, müəyyən sabitlik olsun. Bu məsələ ilə bağlı danışıqlar davam edir", - Elnur Soltanov bildirib.

Yayda "KazMunayQaz"ın (KMG) İqtisadiyyat və Maliyyə üzrə İdarə Heyətinin sədr müavini Dauren Karabaev bildirmişdi ki, Qazaxıstan neftin Azərbaycan ərazisindən nəqli ilə bağlı danışıqlar aparır.
 
 "Azərbaycanın iki neft kəməri var -  Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa, potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər", - o qeyd edib.

Hazırda istismar olunmayan Bakı-Supsa kəmərinin ötürmə qabiliyyəti ildə 7 milyon tondan çox neftə nəzərdə tutulub. Onunla neftin nəqlinin dayandırılması səbəbi Qara DƏniz limanlarında Rusiyanın Ukraynaya qarşı başladığı savaş nəticəsində yaranmış mürəkkəb durumdur. Belə ki, 2022-ci ilin mayından BP bu kəmərlə neft nəqlini durdurub və bütün neft həcmləri hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ixrac edilir. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol