• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Azərbaycanın ən böyük qeyri neft ixracatçısıdır

SOCAR Azərbaycanın ən böyük qeyri neft ixracatçısıdır
31.10.2022 16:19
SOCAR UMEO yanvar-sentyabrda Azərbaycanın dövlət sektorunda qeyri-neft məhsullarının ixracatçıları arasında liderliyini qoruyub. Bu barədə İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) xəbər verir. 

2022-ci ilin yanvar-sentyabrında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ixracının ümumi həcmi 1 milyard 264,5 milyon ABŞ dolları təşkil edib.

Dövlət şirkətləri arasında Azərbaycandan qeyri-neft məhsullarının ən böyük ixracatçısı SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar Departamenti (UMEO) 453,7 milyon dollar, özəl şirkətlər arasında isə MKT İstehsalat olub. "Kommersiya” MMC-nin ixracı isə  95,8 milyon dollar təşkil edib. 

Dövlət şirkətləri arasında ən böyük qeyri-neft ixracatçıları  - SOCAR Polymer (146,3 milyon dollar), "Azəralüminium” MMC (102,2 milyon dollar), "AzerGold” QSC (73,5 milyon dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (50, 5 milyon dollar), "Azərenerji” ASC (35,7 milyon dollar), "Azərbaycan Hava Yolları” QSC (6,1 milyon dollar), "Azəripək” MMC (1,3 milyon dollar), Geologiya və Geofizika İdarəsi (0,8 milyon dollar), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətidir (0,7 milyon dollar).

Qeyri-neft məhsulları ixrac edən ən iri özəl şirkətlər isə  Azərbaycan Beynəlxalq Mədən Şirkəti (Anglo Asian Mining Plc-nin törəmə müəssisəsi) - 76,4 milyon dollar, Baku Steel Company MMC - 31,1 milyon dollar, Mors Trading MMC - 29,2 milyon dollar, Almeyve MMC - 28,4 milyon dollar, STP Azeraluminium MMC - 28,2 milyon dollar, Şirinov Elvin Valeh oğlu - 27,8 milyon dollar, "P-Aqro" MMC - 27,8 milyon dollar, fiziki şəxs , "Roze Servis" MMC - 25,3 milyon dollar, "Şimal Aqropark" MMCdir - 23,7 milyon dollar.

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 2,1 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub (2021-ci ilin yanvar-sentyabr aylarından +17%).
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol