• $
  • €
  • ₽
  • ₺
  • £

Türkmənistan Transxəzər layihəsində maraqlı olduğunu bildirib

Türkmənistan Transxəzər layihəsində maraqlı olduğunu bildirib
01.11.2022 12:01
Transxəzər layihəsi gündəmdən çıxarılmayıb, bunu  Türkmənistan baş nazirinin müavini Şahım Abdrahmanov ADIPEC konfransında bildirib.

O, deyib ki, bu layihə Azərbaycan ərazisindən Gürcüstana və daha sonra Şərqi Avropa ölkələrinə qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Baş nazirin müavininin sözlərinə görə, Türkmənistanın potensial  ehtiyatları 71,2 milyard ton neft ekvivalentindədir ki, bunun da 53 milyard tonu quruda, 18,2 milyard tonu dənizdədədir. Türkmənistanda  190-dan çox neft və qaz yatağı aşkar edilib.

Ən böyük Qalkinış yatağının bitişik strukturları ilə ehtiyatları 27,4 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
 
2015-ci ildə Azərbaycan,Türkiyə və Türkmənistanın Avropa İttifaqı ilə enerji sahəsində uzun müddətli əməkdaşlıqla bağlı bəyannamə imzalamasına  və Türkmənistanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantılarında iştirak etməsinə baxmayaraq Transxəzər qaz kəmərinin tikintisi iə bağlı real nəticə əldə olunmayıb.
 
Kəmərinin reallaşmasının qarşısında duran əngəllər əsasən geosiyasi səbəblərdir.  Rusiya və İran enerji bazarlarını qorumaq məqsədi ilə, Xəzər akvatoriyasının çirklənməsi ehtimalını əsas gətirərək, layihənin reallaşmasına etiraz edir. Bu dövlətlər 2003-cü ildə Xəzər Dənizinin Ətraf Mühitinin Qorunması ilə bağlı Tehran Konvensiyasına əməl olunmasını tələb edirlər. Konvensiyaya əsasən, ətraf mühit və enerji resurslarının nəqli ilə bağlı məsələlər region ölkələrinin iştirakı ilə tənzimlənməlidir. 
 
Zəngin qaz resurslarına sahib olan Türkmənistan da qaz layihələrinin diversifikasiyasında maraqlı olduğunu bildirib. 
 
2008-ci ilədək Türkmənistanın nəql etdiyi 80 milyard kubmetr qazın 50 milyard kubmetri Rusiyaya ixrac edilirdi. Son dövrlərdə Türkmənistanın Mərkəzi Asiya-Çin Qaz kəməri (CACG) vasitəsi ilə Çinə nəql etdiyi təbii qazın həcmində artım müşahidə olunmaqdadır. 2018-ci ildə Türkmənistanın ixrac etdiyi təbii qazın 78%-nin (təxminən 33.3 milydiard kubmetr) Mərkəzi Asiya-Çin qaz kəməri vasitəsi ilə Çin Xalq Respublikasına nəql edilməsi, Çinin Türkmənistan qazı üçün əsas enerji bazarına çevrilməsinə sübutdur.  Nəticədə, Türkmənistanın karbohidrogen gəlirlərinin əhəmiyyətli hissəsi tək alıcı – Çindən asılıdır.
 
Mərkəzi Asiya-Çin Qaz kəmərinin (CACG) tikintisi  də Çindən alınan kreditlər hesabına reallaşdırıldığından Türkmənistan qaz satışından əldə etdiyi gəlirlərin böyük hissəsini kreditlərin qaytarılmasına  xərcləyir. Enerji qiymətlərinin enməsi fonunda bu tendensiya təhlükəli xarakter aldığı üçün, Türkmənistan enerji bazarlarını şaxələndirilməkdə maraqlıdır.
 
N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol