• $
  • €
  • ₽
  • ₺
  • £

BP-Azerbaijan yanvar-sentyabrda Şahdənizdə qaz hasilatını 12,5% artırıb

BP-Azerbaijan yanvar-sentyabrda Şahdənizdə qaz hasilatını 12,5% artırıb
03.11.2022 13:56
2022-ci ilin yanvar-sentyabrında BP-Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından 18 milyard kubmetr qaz hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çoxdur. Bu barədə BP-Azərbaycan məlumat yayıb. 

2022-ci ilin yanvar-sentyabrında "Şahdəniz” yatağından təqribən 27 milyon barel kondensat (3 milyon tondan çox) hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% çoxdur.

"Hazırda yatağın hasilat gücü sutkada təqribən 73 milyon kubmetr və ya ildə 26,5 milyard kubmetrdən çoxdur", - şirkətdən bildirilib. 

Bu yatağın işlənməsi çərçivəsində 2022-ci ilin yanvar-sentyabrında Şahdəniz konsorsiumunun xərcləri 2 milyard 86 milyon dollar (azalma 0,4%) təşkil edib. Eyni zamanda, layihənin əməliyyat xərcləri 1 milyard 772 milyon dollar, əsaslı xərclər 314 milyon dollar təşkil edib.

Şirkət həmçinin bildirib ki, 2022-ci ilin 9 ayında Cənubi Qafqaz Boru Kəməri  ilə nəql gündə orta hesabla 56,1 milyon kubmetr qaz (2021-ci ilin yanvar-sentyabrında - 46,8 milyon kubmetr) təşkil edib.  Hesabat ilində Cənubi Qafqaz Boru Kəmərinin saxlanması üçün əməliyyat xərcləri 49 milyon dollar, əsaslı xərclər 4 milyon dollar təşkil edib.

BP-Azərbaycan şirkəti 2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından 23 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci illə müqayisədə 27,1% çoxdur.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: BP (operator, 29,99%), SOCAR və onun törəmə şirkətləri (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%).

"Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.

Hazırda "Şahdəniz” yatağından qaz hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol