• $
  • €
  • ₽
  • ₺
  • £

Antiinhisar Xidməti Veysəloğluna maliyyə sanksiyası tətbiq edib

Antiinhisar Xidməti Veysəloğluna  maliyyə sanksiyası tətbiq edib
03.11.2022 14:52
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC-yə qarşı 715 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib.

Xidmətin məlumatında qeyd olunur ki, topdansatış qarabaşaq bazarında hakim mövqedən sui-istifadə və qiymətlərlə manipulyasiya hallarının olması ilə bağlı araşdırma aparılıb.

Proses zamanı məlum olub ki, Veysəloğlu topdansatış qarabaşaq bazarında hakim mövqeyindən istifadə edərək satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verib. Nəticədə qarabaşaq satışı sahəsində bərabər rəqabət imkanları məhdudlaşdırıb.

"Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən, "Veysəloğlu” MMC-yə qarşı 715 227 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
 
Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabrında Türkiyədən TIR ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə "Veysəloğlu Distribusiya" şirkətinin əsası qoyulub. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddə məhsulunun ölkə üzrə distribusiyasını həyata keçirir. 

N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol