• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski"dəki söküntü işləri ilə bağlı son durum

"Sovetski"dəki söküntü işləri ilə bağlı son durum
10.04.2014 13:05
İndiyə qədər bu ərazidə 40-a yaxın ev sökülüb, 490 sakinlə razılaşma protokolu imzalanıb“Evlərinin sökülməsinə razılıq verən "Sovetski" kimi tanınan qəsəbənin sakilərini ilə 490 razılaşdırma protokolu imzalanıb”.Bunu ANS PRESS-ə açıqlamasında Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov deyib. O, bildirib ki, "Sovetski" kimi tanınan qəsəbədə söküntü işləri ilə əlaqədar olaraq inventarlaşdırma və ölçü işləri hazırda davam etdirilir. Onun sözlərinə görə, bu gün artıq 2800 mənzildə ölçü-inventarlaşdıma işləri aparılıb:“Vətəndaşların müraciətinin sayı çoxdur. Ölkə başçısının göstərişinə müvafiq olaraq bu günki gün öz mənzil xidmətini həmin ərazidə yaxşılaşdırmaq istəyən insanların sayı çoxdur. Ona görə də biz öz Komissiyamızın iclaslarını həftədə 3 dəfədən az etmirik. Hər dəfə təxminən 100-ə yaxın insan müraciət edir. 50-60-dan çox mənzil sahibi ilə biz mənzil protokolu imzalamaq hüququ əldə edirik. Bu günə qədər 490 razılaşdırma protokolu imzalanıb”.Səməd İslamov qeyd edib ki, 340 nəfərin maliyyə hesablarına mənzilləri üçün ödənilən məbləğ yüklənib: “Digərləri isə onlara ödənilən vəsaiti yaxın günlərdə əldə edəcəklər. İndiyə qədər 40-a yaxın ev sökülüb. Mənzillər üçün ödənilən məbləğ maliyyə hesablarına oturan şəxslərinin evlərinin söküntüsünə yaxın vaxtlarda başlanılacaq”.Xatırladaq ki, martın 3-də keçirilən görüşdə baş nazirin müavini A.Şərifov hökumətin 1 kv. m üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol