Paytaxtın daha bir prospekti təmir olunur

Bakının Xətai rayonunda yerləşən Xocalı prospektində təmir işlərinə başlanılıb.Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. O bildirib ki, hazırda prospektdə köhnə beton bordürlər sökülərək daşınır. Daha sonra isə köhnə asfalt-beton örtüyünün qaşınmasına başlanacaq: “Bu işlər yekunlaşdıqdan sonra prospektə yeni mərmər bordürlər vurulacaq və yeni asfalt-beton örtüyü salınacaq”. Qeyd edək ki, yolun uzunluğu 1 100 metr təşkil edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























