• $
  • €
  • ₽
  • ₺
  • £

Orta tibbi personalın 2023-cü ildə maaşı arta bilər - Zaur Əliyev

Orta tibbi personalın 2023-cü ildə maaşı arta bilər - Zaur Əliyev
10.11.2022 14:44
İcbari Tibbi Siğorta Dövlət Agentliyi gələn il orta tibb personalının əmək haqqlarının artırılması məsələsinə baxa bilər. Bunu agentliyin İdarə heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında bildirib. 

"Büdcə vəsaitləri artdıqca  biz yenidən maaşlara baxırıq. Hal hazırda 2022-ci ilin iyununda 19 min həkimin maaşı artırıldı. Növbəti ildə biz orta tibbi personalın əmək haqqını artıra bilərik. Vəsait uyğun olursa biz bunu edirik",  - Zaur Əliyev bildirib. 

Onun sözlərinə görə,  2023-cü il üçün İcbari Tibbi Sığorta Agentliyinin büdcəsi  2,4 milyard manat təşkil edəcək. Bu isə hər vətəndaşa  240 manat vəsaitin düşməsi deməkdir.

Zaur Əliyev həmçinin qeyd edib ki, gələn ilin zərfinə əlavə tibbi xidmətlər də əlavə ediləcək. 

"Təkliflər zərfinə əlavələr edərkən biz prioritetlərə fikir veririk. Əsasən ölüm hallarının səbəblərini araşdırırıq. Statistika göstərir ki, Azərbaycanda ölüm hallarının əsas səbəbi ürək və qan damar xəstəlikləridir. Odur ki, biz zərfə bütün ürək və qan-damar xəstəlikləri üzrə əməliyyatları daxil etmişik",  - Əliyev deyib. 

Onun sözlərinə görə, bundan başqa bir qism göz üzərində əməliyyatlar, o cümlədən protezlərin hazırlanması da gələn ilin icbari sığorta zərfinə əlavə ediləcək. 

Hazırda 700 adda xidmət icbari tibbi sığortaya cəlb olunur. İcbari tibbi sığorta Azərbaycanda 2021-ci ildən tətbiq edilir. 

Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol