Xarici ticarət əlaqələrinin STATİSTİKASI açıqlanıb

2022-ci ilin 9 ayında Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121
ölkəyə məhsul ixrac olunmuş, 164 ölkədən idxal olub. Bu barədə Dövlət Statistika komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-sentyabrında ölkənin xarici ticarət dövriyyəsi
41256,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 30962,9 milyon dollarını
və ya 75,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 10293,3 milyon dollarını (24,9 faizini)
isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 20669,6 milyon dollar məbləğində
müsbət saldo yaranıb.
2021-ci ilin 9 ayı ilə müqayisədə xarici ticarət
dövriyyəsi faktiki qiymətlərlə 71,9 faiz, real ifadədə 9,1 faiz, o cümlədən ixrac 13,3 faiz,
idxal isə 1,1 faiz artıb.
2022-ci ilin yanvar-sentyabrında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin
eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 5,8 faiz artaraq 2116,8
milyon dollar təşkil etmişdir.
Ölkənin xarici
ticarət dövriyyəsinin 37,2 faizi İtaliya, 10,9 faizi Türkiyə, 6,4 faizi Rusiya, 4,0 faizi
Hindistan, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 2,8 faizi Yunanıstan, 2,4 faizi Birləşmiş Krallıq, hər
biri 1,8 faiz olmaqla Almaniya, Çexiya və Xorvatiya, 1,5 faizi Gürcüstan, hər biri 1,4 faiz
olmaqla İspaniya və Portuqaliya, 1,3 faizi Ukrayna, hər biri 1,1 faiz olmaqla ABŞ və
Vyetnam, hər biri 1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Tunis, 12,8 faizi isə digər ölkələr
ilə aparılmış ticarətin payına düşüb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























