• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qaz itkiləri azalıb - Ruslan Əliyev

Azərbaycanda qaz itkiləri azalıb - Ruslan Əliyev
15.11.2022 17:28
"Azəriqaz” İB üzrə qaz itkiləri 2022-ci ilin yanvar-oktyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 2% azalaraq 6,8% faiz təşkil edib və 98 milyon kubmetr olub. Bu barədə Anews.az-a "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvar-oktyabrında Azəriqaz İstehsalat Birliyi tərəfindən 5 milyard 435 milyon kubmetr qaz satılıb.  

"2022-ci ilin yanvar-oktyabrında Azəriqaz İstehsalat Birliyi tərəfindən 5 milyard 435 milyon kubmetr qaz satılıb. Onun 2,768 milyard kubmetri əhali sektoruna, 2,676 milyard kubmetri isə qeyri əhali sektoru üzrə abonentlərin payına düşüb", - Ruslan Əliyev Anews.az-a  verdiyi müsahibədə deyib. 

Onun sözlərinə görə, istilik mövsümü başladığından noyabrın 15-dən ölkədə  qaz istehlakı artıb və gündəlik ümümi 25-26 kubmetr təşkil edir.  

Əliyev həmçinin bildirib ki, İB-nin satdığı qazın maya dəyəri hər 1 min kubmetr üçün 160 manat təşkil edib. 

"Qazın maya dəyərinin əhali və ya qeyri-əhali abonentləri arasında bölgüsü olmur. Cari ilin 9 ayının nəticəsinə əsasən 1000 kub metr qazın ümumi maya dəyəri 169 manat (ƏDV-siz) təşkil edib. Əhali və qeyri-əhali abonentlərinə verilən qazın satış qiyməti isə Tarif Şurasının müəyyən etdiyi tariflər əsasında müəyyən olunur",  - Əliyev bildirib. 

Onun sözlərinə görə, cari ilin 10 ayında 5 milyard 836 milyon kub metr təbii qaz qəbul olunub.

Qəbul olunmuş qaz həcminin 1 milyard 968 milyon kub metri sənaye xətləri üzrə, 3 milyard 868 milyon kub metri əhali xətləri üzrədir. 2021-ci ilin 10 ayı ilə müqayisədə qazın qəbulunda 197,9 milyon kub metr artım olub, ondan cari ilin 10 ayında keçən illə müqayisədə əhali xətləri üzrə azalma   139,5 milyon kub metr, sənaye xətləri üzrə artım  337,4 milyon kub metr olub.

10 ay ərzində "Azəriqaz" İB-nin yeni abonentlərin sayı 62 min nəfər olub.
 
Gülnar Nazimqızı

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol