Azərbaycanda neft hasilatı azalıb, qaz isə artıb

2022-ci ilin yanvar-oktyabrında Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 27 milyon 238,6 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,4% azdır, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
O cümlədən, kondensatlı əmtəəlik neft hasilatı 27 milyon 161,8 min ton (azalma 5,5%) təşkil edib.
2022-ci ilin yanvar-oktyabrında Azərbaycanda qaz hasilatı 38 milyard 449,4 milyon kubmetr (artım 7,5%) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 28 milyard 689,6 milyon kubmetr (artım 8,6%) təşkil edib.
2021-ci ildə Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 34 milyon 580,7 min ton (artım 0,1%), qaz hasilatı 43 milyard 863,5 milyon kubmetr (artım 18,1%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























