• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda startapları maliyyələşdirəcək fond yaradılıb

Azərbaycanda startapları maliyyələşdirəcək fond yaradılıb
29.11.2022 12:19
Azərbaycanda startapların maliyyələşdirilməsi üçün 11,3 milyon manat (indiki məzənnə ilə 6,65 milyon ABŞ dolları) investisiya ilə vençur fondu yaradılıb. 

Fondun yaradıcıları  "Caucasus Ventures” Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "PAŞA Holdinq”dir. 

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sözlərinə görə, fondun yaradılmasına yatırılan investisiyaların həcmi 11,3 milyon manatdır. Bunun 5 milyon manatı nazirlik, 5 milyon manatı PAŞA Holdinq, 1,3 milyon manat özəl sektorun payına düşür. 
 
Paşa Holdinqin rəhbəri Cəlal Qasımovun sözlərinə görə, venture fondun yaradılması Azərbaycanın imicinə müsbət təsir edəcək. 

"Dünyada ölkələr 3 yerə bölünür. Birincilər infrastruktira investisiya qoymuş ölkələrdir. Bura ABŞ, ÇİN, Yaponiya kimi ölkələr daxildir. İkinci qrup ölkələr dünyada baş verən yeni ideyaları öz ölkələrinə gətirərək  innovasiyalara yol açanlardır. Üçüncü qrup ölkələr isə innovasiyalardan qorxanlardır. Biz əlimizdən gələni etməliyik ki Azərbaycan üçüncü qrup  ölkələr sırasından çıxıb ən azı ikinci qrup ölkələr sırasına daxil olsun. Bu gün dövlətlə  birlikdə Azərbaycan investorları bu fondu  açır. Pahsa Holding olaraq əlimizdən gələni edəcəyik ki bu fond uğurlu olsun və iqtisadiyyatın güclənməsinə təkan versin", - Cəlal  Qasımov bildirib. 

Fondun rəhbəri Məmməd Kərimin sözlərinə görə,  fond həm yerli, həm də regional startapları maliyyələşdirəcək.
 
"Biz əsasən toxum mərhələsində olan startaplara yatırım  edəcəyik. Bunlar maliyyə, tibb, təhsil, süni intelekt tərkibli mobil təcrübəsi yaxşı olan, bulud texnologiyaları kimi sahələri əhatə edən startaplar olacaq. Fond yaxın 5-7 il ərzində 50 startapa investisiya qoymaq niyyətindəyik. Həm Azərbaycan, həm də regional startaplara yatırımlar edəcəyik. Fondun üçdə ikisi Azərbaycan, üçdə biri isə bölgədə olan startap layihələrinə yönəldiləcək",  -  Məmməd Kərim bildirib. 
 
Kərim həmçinin bildirib ki, ilkifondun yatırım fondu 10 milyon manat təşkil edəcək,1,3 milyon manatı müəyyən təşkilatı işlərə xərclənəcək. 3 ilərzində bütün vəsait yerləşdirildikdən sonra ikinci  və üçüncü fonda ehtiyac ola bilər. 
 
"Venture fondlar riskli sərmayə sayılır. Texnoloji və innovativ xarakterli layihələrə  yatırım edilir. bunlar uğursuz layihələr də ola bilərlər. Fondun məqsədi talantlı adamları yeni layihələrə təşfiq etməkdir",  -  Kərim bildirib.
 
Məmməd Kərimin sözlərinə görə, fondun 44% dövlət, 56% isə özəl sektor hesabına formalaşacaq. Dövlətlə yanaşı bu fonda 7 özəl sahibkar qoşulub. 
 
"Fondun gəlirləri ənənəvi biznesdə olan gəlirlilikdən az olmayacaq.  Əsasən maliyyə texnologiyaları , elektron ticarət , oyun sahəsində daha çox startapların olacağını proqnozlaşdırırıq", - o söyləyib. 
 
Fond xaricdə yaşayan Azərbaycan və Azərbaycandan kənarda yaşayan vətəndaşlar üçün də  nəzərdə tutulub.
 
"Diaspora üzvlərinin hər hansı startapı varsa onlar da iştirak edə biləcəklər.  Startapçılara təkcə maliyyə deyil həmçinin ilk müştərilərini tapmaqda, dövlət datalarına çıxışda da yardım ediləcək",  - Kərim deyib. 
 
10 milyon manat investisiya az deyilmi sualına cavab da isə fond rəhbəri dedi ki, ilk mərhələ üçün nəzərdə tutulan 10 milyon manat pilot xarakteri daşıyır. Fond planladığı kimi işləri qura bilsə daha böyük məbləğdə olan fondlar aça biləcək. 

Kərimin sözlərinə görə,  fond Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiyada startapların maliyyələşdirilməsində də maraqlıdır.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol