• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərkosmos”un peyk istismarından əldə etdiyi gəlirlər 44% azalıb

“Azərkosmos”un peyk istismarından əldə etdiyi gəlirlər 44% azalıb
30.11.2022 14:33
2022-ci ilin yanvar-oktyabrında  "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir keçən ilki $39 milyondan $21,7 milyona kimi azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib.  

Şirkətin ümumi gəlirinin 81%-i telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. Hesabat dövründə şirkətin xidmətlərinin əsas hissəsi Böyük Britaniya (5,5 milyon dollar), Fransa (4,6 milyon dollar), Lüksemburq (3,6 milyon dollar), BƏƏ (1,9 milyon dollar) və Pakistanın (1,2 milyon dollar) payına düşüb.

Oktyabrda "Azərkosmos” 2,4 milyon ABŞ dolları məbləğində  olan bu xidmətləri 36 ölkəyə ixrac edib.

2021-ci ildə "Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 45,3 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,4% çoxdur.

"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransız Qvianasında  yerləşir, - red) orbitə buraxılıb.

2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkəti "Azersky” peykinin "Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalayıb. Peyk 2014-cü ilin iyununda orbitə çıxarılıb və 12 il orbitdə qalacaq.

2018-ci ilin sentyabrında Azərbaycan Kuru kosmodromundan "Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarıb.

"Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun funksiyalarına peyklərin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçilməsi, kosmik (peyk) operatorları ilə əməkdaşlığın qurulması və bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol