• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb

Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb
30.11.2022 15:46
"Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb. Hərrac prosesi yüksək aktivliklə müşahidə olunub. Dollar istiqrazlarının alıcıları siyahısında yerli fiziki və hüquqi şəxslərlər yanaşı, xarici investorlar da var. Emissiyanın əsas hissəsini fiziki şəxslər əldə edib.
 
Bu isə fiziki şəxslərin qiymətli kağızlar bazarına və "Unibank”a artan marağının göstəricisidir. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardır. Emissiyanın təşkilatçısı və anderrayteri "Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Emissiyanın "Açılış zəngi” mərasimində iştirak edən Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, yerli investorlarla yanaşı, xarici investorların da dollar istiqrazlarına olan yüksək marağı banka olan etibarı, qiymətli kağızların yüksək likvidliyinin diqqətəlayiq xüsusiyyətini göstərir: "Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Bank müştəriləri üçün yeni imkanlar yaradır. Bu, bizə müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını daha yüksək səviyyədə təmin etmək fürsəti verir. Digər tərəfdən isə bizim həm korporativ, həm də pərakəndə müştərilər bazar üçün kifayət qədər cəlbedici gəlirli olan bu istiqrazlardan yüksək və davamlı gəlir götürə biləcəklər. Biz çox şadıq ki, Unibank dinamik inkişaf edən qiymətli kağızlar bazarında həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk və ən aktiv emitentlərindən biridir”.

"Unibank”ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.


Unibank-Sənin Bankın!



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol