SOCAR Rusiyadan neft alışını müvəqqəti dayandırıb

Azərbaycanın neft-qaz şirkətinin "SOCAR Trading” bölməsi Türkiyədəki neft emalı zavodunda (NEZ) emal üçün Rusiya neftinin alınmasını müvəqqəti olaraq dayandırıb. Bu barədə "Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, SOCAR Trading Aİ-nin Rusiyadan neft tədarükü ilə bağlı sanksiyaları səbəbindən yanacağın alışını dayandırıb. Eyni zamanda, Reuters agentliyinin mənbəsi bildirib ki, SOCAR çox güman ki, Qərbin sanksiyalarına mümkün qoşulmaq üçün vəziyyətə yenidən baxır.
Noyabrın 21-də İqtisadiyyat Nazirliyinin və Almaniya Xarici İşlər Nazirliyinin nümayəndələri bildiriblər ki, Almaniya Rusiya qaz tədarükündən müstəqil olmağa çalışır və faktiki olaraq onu idxal etmir. İyulda Brüssel Bakı ilə saziş imzalayıb ki, bu müqaviləyə əsasən, Azərbaycandan Aİ ölkələrinə qaz ixracı 2027-ci ilə qədər iki dəfə artırılmalıdır.
Oxşar mövqeni Almaniya İqtisadiyyat Nazirliyinin nümayəndəsi Rusiya qazının Azərbaycan vasitəsilə Avropa İttifaqına nəqli ehtimalının yüksək olmasını şərh edərkən səsləndirib.
www.anews.az

Bundan əvvəl "Qazprom Export” Azərbaycanın dövlət şirkəti (SOCAR) ilə 2023-cü ilin mart ayına qədər 1 milyard kubmetr həcmində qaz tədarükünə dair müqavilə imzalayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır