“Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı baş tutdu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Azercell Telekom” MMC və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin dəstəklədiyi "Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri açıqlandı
Dekabr ayının 8-i gender əsaslı zorakılığa qarşı fəallıq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın, "Azercell Telekom” MMC-nin və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəsmi nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə ölkəmizdə bu istiqamətdə görülən işlərin və maarifləndirilmənin vacibliyi vurğulandı.
Bu tədbirlər çərçivəsində Azercell-in təşəbbüsü və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin dəstəyi ilə cari ilin avqust ayında "Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən yaradılan "Qadın Qaynar Xətti”nin fəaliyyətinin ilkin nəticələri də görüş zamanı təhlil edildi. Xidmətə müraciət edən qadınların əhəmiyyətli hissəsi psixoloji və fiziki zorakılığa məruz qalıb, ailədaxili və boşanma problemləri ilə üzləşib. Ümumilikdə, Qaynar Xəttə iki minə yaxın sorğu daxil olub və müraciət edənlərin yaş həddi 18-45 arasındadır.
Qeyd edək ki, "Qaynar Xətti”nin xüsusi ixtisaslaşdırılmış psixoloqları, sosial işçiləri və hüquqşunasları çətin həyat şəraitində olan qız və qadınlara 7/24 rejimində xidmət göstərir. Qaynar Xəttə zəng edən xanımlara ilkin yardım göstərilir, zəruri hallarda müraciət icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























