• $
  • €
  • ₽
  • ₺
  • £

İndiyədək TAP vasitəsilə Avropaya 18,5 mlrd kubmetr qaz tədarük edilib

İndiyədək TAP vasitəsilə Avropaya 18,5 mlrd kubmetr qaz tədarük edilib
10.12.2022 12:00
2020-ci il dekabrın 31-də kommersiya istismarına verildikdən indiyədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyanın payına düşür.

Bunu İtaliyanın "Il Sole 24 Ore" qəzetinə müsahibəsində TAP AG konsorsiumunun baş direktoru Luka Şippati deyib.

"Təkcə 2022-ci ildə TAP vasitəsilə İtaliyaya təxminən 10 milyard kubmetr qazın nəqli planlaşdırılır ki, bu da 2021-ci ildəki göstəricidən 3 milyard kubmetr çoxdur”, - Luka Şippati bildirib.

Apuliyada yerləşən Melendunyo qəbul terminalı son bir neçə ayda gündəlik 25-28 milyon kubmetr qaz qəbul edib və bunun nəticəsində Azərbaycan Əlcəzairdən sonra İtaliyaya ən çox təbii qaz nəql edən ikinci ən böyük qaz tədarükçüsünə çevrilib.

"Son aylarda biz 25 il ərzində ildə 10 milyard kubmetr qaz tədarükünə zəmanət verən uzunmüddətli müqavilələr bağlamağa çalışdıq ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 1 milyard kubmetri Yunanıstanın və 1 milyard kubmetri Bolqarıstanın payına düşəcək. Eyni zamanda, biz qısamüddətli potensialı da maksimuma çatdırmışıq ki, bu da Avropa üçün bu kritik məqamda təchizat təhlükəsizliyinin artırılmasına töhfə verib. Bu baxımdan biz üzərimizə götürdüyümüz öhdəlikləri də artıqlaması ilə yerinə yetirmişik.

Aprel ayında İtaliya hökumətinin nümayəndə heyətinin Bakıya səfəri zamanı o vaxtkı xarici işlər naziri Luici Di Mayo İtaliyaya ən azı 1,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü sifarişini müzakirəyə çıxarmışdı. Biz ikiqat zəmanət verdik və TAP-ın tutumunun ikiqat - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması layihəsi üçün mühərrikləri işə saldıq”, - Luka Şippati bildirib.

Azərbaycan 2022-ci ildə Avropa İttifaqına qaz tədarükünü 40 % artıraraq 11,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol