• $
  • €
  • ₽
  • ₺
  • £

Ən populyar smartfonların reytinqi açıqlandı

Ən populyar smartfonların reytinqi açıqlandı
07.04.2014 21:08

"Counterpoint Technology Market Research"in analitikləri deyir ki, "Xiaomi"nin məhsulunun yalnız Asiyanın bir neçə ölkəsində təqdim edilməsinə baxmayaraq, Çin şirkətinin smartfonları dünyanın top-10  satış reytinqinə daxildir.

 

Onların qiymətləndirməsinə əsasən, 2014-cü ilin fevralında 330 dollar dəyərində qabaqcıl "Xiaomi MI 3" modeli satış həcminə görə onuncu yerdə qərarlaşıb. 130 dollarlıq "Hongmi" (Red Rice) aparatı ayın ən populyar smartfonları siyahısında 7-ci olub.

 

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Counterpoint"in analitiki Piter Riçardson "Xiaomi"nin uğurunu ilk növbədə şirkət tərəfindən təklif edilən smartfonların ucuz qiyməti ilə izah edir. Məsələn, "iPhone 5c" smartfonu Çində təxminən 720 dollar qiymətinə satılır. Belə yüksək qiymət Çinin bir çox sakinlərini razı salmır, buna görə onlar yerli şirkətin ucuz qurğularına üstünlük verirlər. Başqa ölkələrdə də belə tendensiya müşahidə olunur, ekspert deyib.

2014-cü ilin fevralında ən çox satılan smartfonlara gəlincə, ilk üçlükdə "Apple iPhone 5s", "iPhone 5c" və "Samsung Galaxy S4" modelləri yerləşib. Bundan başqa onluqda, həmçinin "Galaxy Note 3", "iPhone 4s", "Galaxy S4 mini", "Galaxy S3" və "Galaxy S3 mini" yer alıb.

 

"IDC" analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə smartfon istehsalçıları ümumilikdə 1,004 milyard məhsul buraxıblar ki, bu da  mobil telefon bazarının 55,1 faizi deməkdir. "Samsung" şirkətinin payı 31,3 faiz, "Apple"da isə 15,3 faiz təşkil edir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol